UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində avqustun 26-da Belçikada keçiriləcək “Gent” (Belçika) – “Rakov” (Polşa) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.