“Sumqayıt”la “Qəbələ”nin 44-cü dueli


Sumqayit.tv Komanda.az-a istinadən xəbər verir ki, Sumqayıtda baş tutacaq qarşılaşma iki rəqib arasında 44-cü duel olacaq.
Komandalar indiyədək 43 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” əvvəlki matçlarda böyük üstünlüyə malikdir. Hesabında 25 qələbə olan “Qəbələ” 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 67 top keçirən bu komanda 30 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 6 görüşdə meydandan qolsuz ayrılmayan “Qəbələ” 7 oyundur rəqibinə uduzmur.
Premyer Liqa çərçivəsində baş tutan 40 görüşdə 23 dəfə üç xal qazanan “Qəbələ” 12 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 64-29-dur.
Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 20 oyunda 9 dəfə qalib gəlib. 7 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 27 top vuran “Qəbələ” futbolçuları 17 top buraxıblar.
Xatırladaq ki, noyabrın 29-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçına saat 16:30-da start veriləcək.

28-11-2022, 11:00 210
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086