Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.
Sumqayit.tv klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra Parisə gələrək, kollektivə qoşulub.
Ulduz futbolçuya əlavə istirahət verildiyindən, o, "Strasburq"a 2:1 hesabı ilə qalib gəldikləri, "Lans"a isə 1:3 hesabı ilə uduzduqları çempionat oyunlarını buraxıb.
Qeyd edək ki, Argentina yığması mundialın finalında Fransaya qalib gələrək dünya çempionu olub. /Report/