2022-ci ildə Azərbaycan futbolu: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, təyinatlar - ARAŞDIRMA + FOTO

2022-ci ildə Azərbaycan futbolunda bir sıra maraqlı hadisələr baş verib.
Yaşıl meydanlarda uğur və uğursuzluqlarla yanaşı, istər klublarda, istərsə də AFFA-da bəzi dəyişikliklər olub, önəmli qərarlar qəbul edilib.
“Report” geridə qalan ildə yaşanan vacib futbol hadisələrini xronoloji ardıcıllıqla təqdim edir:
2022-ci il Azərbaycan futbolu üçün xoş xəbərlərlə start götürüb. Əvvəlcə fevralın 2-də AFFA-nın həmin vaxtkı icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun Hesabat Konfransında 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komandanın mübarizə aparacağı müjdəsini verib.
Ertəsi gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli problemlər yaşadığı Polşa təmsilçisi “Legiya”nı daha əzəmətli kluba – Xorvatiya “Dinamo”suna (Zaqreb) dəyişib. Hücumçu yeni komandası ilə 4,5 illik müqavilə bağlayıb.

Ayın ikinci yarısında Azərbaycan klub futbolu tarixində ilk reallaşıb. “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa nəhəngi “Marsel”lə qarşılaşıb. Ağdamlılar hər iki görüşdə məğlub olsa da (1:3, 0:3), qrup mərhələsindən sonra avrokubok matçlarına çıxan birinci Azərbaycan təmsilçisi olublar.
AFFA İcraiyyə Komitəsinin martda videokonfrans formatında keçirilən iclasında Sərxan Hacıyev quruma baş katib təyin olunub. O, 2007-ci ildən bu postda olan Elxan Məmmədovu əvəzləyib.

Sərxan Hacıyev
Aprelin ilk ən önəmli hadisəsi “Keşlə”nin adının dəyişdirilərək, “Şamaxı” qoyulması olub.
Ayın sonlarına yaxın AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinatı açıqlanıb. Onun AFFA-da İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq fəaliyyətini davam etdirməsi qərara alınıb.
Bir neçə gündən sonra AFFA İcraiyyə Komitəsinin iclasında Premyer Liqada gənc futbolçular üçün yaş limitinin ləğv edilməsi, 2022/2023 mövsümündən etibarən klubların sifariş ərizəsinə 14 legioner futbolçunun salınması barədə qərar çıxarılıb.
Vaxtilə Azərbaycan millisinin formasını geyinmiş Ramal Hüseynovun məşqçisi olduğu “Səbail”in Gənclər Liqası matçında stadiona giriş qadağası olduğu halda meydana daxil olması və hakimlər komitəsini təhqir etməsi onun 2 il müddətinə futboldan uzaqlaşdırılmasına səbəb olub.
Azərbaycan Premyer Liqasında sona 3 tur qalmış “Qarabağ” 2021/2022 mövsümünün çempionluğunu təmin edib. Tarixində 9-cu dəfə ölkə çempionu olan ağdamlılar bu sayda rekordçu “Neftçi”yə çatıb. “Ağ-qaralar” mövsümü ikinci pillədə bitirib, bürünc medala isə “Zirə” layiq görülüb.

Həmçinin, Azərbaycan Kubokunun Qəbələdə keçirilən final matçında “Zirə”ni üstələyən “Qarabağ” 7-ci dəfə kuboku muzeyinə apararaq, yeni rekord müəyyənləşdirib.
Mahir Emreli isə əsas heyətinə düşməkdə çətinlik çəkdiyi Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionluğunu qazanıb.
Mayın son günündə “Kəpəz” və “Turan Tovuz”un 2022/2023 mövsümündə elitada iştirakı təsdiqlənib, “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov vəzifəsindən istefa verib.
Maraqlıdır ki, bir ay əvvəl legioner limitini və əvəzetmə sayını olduğu kimi saxlayan AFFA İcraiyyə Komitəsi mayın sonunda qərarını dəyişib. Limit 6+5-dən 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sisteminə dəyişdirilib, oyunlarda əvəzetmə sayının 3-dən 5-ə yüksəldilməsinə icazə verilib.

İyun iki önəmli hadisə ilə yadda qalıb. Əvvəlcə “Sumqayıt”da əcnəbi futbolçu transferinə rəsmən icazə verilib. AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin başa çatan müqaviləsi isə yenilənməyib. Bir neçə gün sonra bu posta türkiyəli Barış Şimşek təyin edilib.
Samir Əliyevin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunduğunu da qeyd etmək lazımdır.
Ən böyük ayrılıq Peşəkar Futbol Liqasında yaşanıb. Yaradıldığı vaxtdan – 2008-ci ildən quruma rəhbərlik edən Ramin Musayev gözlənilmədən istefa verib. AFFA-da VAR şöbəsinin rəhbəri kimi çalışan Elxan Səmədov elə həmin gün PFL-in yeni prezidenti təyin olunub. “Şamaxı”da isə Zaur Axundovun gedişindən sonra boş qalan rəhbər postunu Elçin Usub tutub.

Azərbaycanı Konfrans Liqasında təmsil edən 3 komandadan ikisi – “Zirə” və “Qəbələ” II təsnifat mərhələsindən qoşulduğu turnirlə vidalaşmalı olublar. “Neftçi” isə cəmi bir raund keçə bilib. AFFA Klublar Komitəsinin sədri seçilən Fariz Nəcəfovun prezidenti olduğu “Qəbələ”nin U-19 komandası da UEFA Gənclər Liqasının I raundunda “Hayduk”a (Xorvatiya) məğlub olaraq, mübarizəni dayandırıb.
Bunların fonunda Avropada Azərbaycanın futbol nüfuzunu yenə “Qarabağ” xilas edib. Ölkə çempionu Çempionlar Liqasında pley-offa qədər irəliləsə də, bu mərhələdə Çexiya “Viktoriya”sına uduzaraq, Avropa Liqasının qrupunda oynamaq hüququna yiyələnib.

Canni De Byazi
AFFA İcraiyyə Komitəsi oktyabrdakı iclasında da bir sıra qərarlar verib. U-19 yığmasının baş məşqçisi Miloş Velebitlə yolları ayıran milli assosiasiya əsas millinin baş məşqçisi Canni De Byazi ilə yeni müqavilə bağlamağı məqsədəuyğun bilib. İtaliyalı mütəxəssisin çalışdırdığı komanda üçün 2022-ci ili ümidverici saymaq olar. Yığma Millətlər Liqasında qrup birincisi ola bilməsə də, ardıcıl 5 matçda qələbə qazanaraq, AVRO-2024-ün seçmə mərhələsinə ümidlə baxmaq imkanı verib.
İlin son vacib hadisəsi “Neftçi” düşərgəsində yaşanıb. Bakı klubunun Müşahidə Şurasının tərkibində dəyişikliklər edilib. MŞ sədri Çingiz Abdullayevi bu postda SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib

6-01-2023, 11:12 158

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903