Samir Abasov: I Diviziona düşə bilərik”


“Belə xallar itirsək, I Diviziona düşə bilərik”.
Sumqayit.tv
xəbər verir ki, “Report”un məlumatına görə, bunu “Sumqayıt”ın Samir Abasov səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, heç bir komandanın elitada qalacağına təminat verilməyib: “Maya qədər vaxtımız var. Qələbə qazanmaq lazımdır. Ən azı aşağı sıralarda gedən komandaları udmalı və ya bu matçlardan xal götürməliyik. Düşdüyümüz vəziyyəti hamımız dərk etməli və Premyer Liqadakı yerimizi qorumaq üçün birlikdə çalışmalıyıq”.
“Zirə” ilə görüşə yaxşı başladıqlarını söyləyən Abasov ilk hissədə hərəkətli oynadıqlarını vurğulayıb: “Rəqibin heyətində hücumameyilli, keyfiyyətli oyunçular olsa da, meydanda boşluqlar, epizodlar vermədik. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimiz Vurğun Hüseynovu itirdik. Əvəzedicisi də yox idi. Bu, buraxıllan qollarda da özünü göstərdi. Vurğun oyundan əvvəl zədələnmişdi. Amma meydana çıxdı. Təəssüf ki, oyunu davam etdirə bilmədi. Planlarımız pozuldu”.
O, kapitanın durumunun yaxşı olmadığını etiraf edib: “Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də Murad Xaçayevi kənara çəkdik. Vurğunun hansı müddətə sıradan çıxmasının fərqi yoxdur. İstənilən halda, bizim üçün fəlakətdir”.
Baş məşqçinin sözlərinə görə, 3 qol vurmaq “Zirə"nin səviyyəsini ortaya qoyur: “Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, daha inamlı çıxış edə bilərik”.
Mütəxəssis yeni transferlərin çıxışına da toxunub: “Hələlik çempionatı tanımırlar. Başa düşürük. Bununla belə, pis təsir bağışlamadılar, oyunları alındı. Ümid edirik ki, gələn matçlarda daha yaxşı olacaqlar”.
Abasov qış transfer pəncərəsində heyətə başqa oyunçu qatmayacaqlarını bildirib.

26-01-2023, 10:33 175

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041