FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.Qol.az xəbər verir ki, "The Best" mükafatına Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi layiq görülüb.
O, Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və "Real"dan Kərim Benzemanı qabaqlayıb.
Xatırladaq ki, 35 yaşlı futbolçu kapitanı olduğu Agentina millisi ilə DÇ-2022-nin qalibi olub.