Sumqayit.tv xəbər verir ki, AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Birinci Divizionda çıxış edən hər bir kluba 2021/2022-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən top verilib.
Premyer Liqa klublarının əvəzedici komandalarının hər birinə 10 ədəd, Birinci Divizionda çıxış edən digər klubların hər birinə isə 15 ədəd “Nike” şirkətinin istehsalı olan top təqdim olunub.