Problemlər çoxdur - Vaqif Cavadov düz danışır, bəs əməl?


Ötənlərin tanınmış futbolçusu, hazırda "Sumqayıt-2"nin baş məşqçisi kimi çalışan Vaqif Cavadov "CBC Sport" kanalında yayımlanan "Əlavə vaxt" verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Gənc baş məşqçi bildirib ki, komandasının 6-cı pillədə qərarlaşması, son turda "Neftçi-2"yə 0:8 uduzması qorxulu deyil.
Məqsəd əsas komandaya futbolçu çıxarmaqdır. Cavadovun bu fikirlərinə ikiəlli qatılıram. Həqiqətən, əvəzedici komandanın mövsümün sonu çempion olması və ya sonuncu pillədə bitirməsi yox, A komandasına futbolçu verib-verməməsi müzakirə olunmalıdır.
Bəs dildə deyilənlər əməldə həyata keçirilirmi?
Əminliklə demək olar ki, yox. Hər halda "Sumqayıt-2"nin heyətinə baxanda belə düşünməmək olmur.
Komandanın az qala yarısı 23-24 yaşlı futbolçulardan ibarətdir. Bu yaşada oyunçunun əvəzedici komandada kök salması nə dərəcədə doğrudur?
Əvəzedici komandada çıxış edər 16, 17, 18 yaşlı gənclər. Ən pis halda 19-20 yaşı olan və perespektiv vəd edən uşaqlar. Daha Premyer Liqada oynamalı olan 23, 24 yaşında oyunçular yox.
Bu gün "Sumqayıt-2"də belə adda nə az, nə çox 5 futbolçu var. Və demək olar hər biri əsas heyət üzvü hesab olunur. Amma əsas komandada Samir Əliyevə heç biri lazım deyil. Heç yaxın perespektivdə lazım olacaq kimi də görünmür. Hətta təcrübəli mütəxəssis Birinci Liqa təmsilçisi "Karvan"la Ölkə Kubokundakı matçda da onların xidmətinə ehtiyac duymayıb.
Məgər yaxşı olmaz ki, həmin uşaqlara (onlara uşaq deməyə də adamın dili gəlmir) ən azı birinci liqada oynamaları üçün şərait yaradılsın?
Bunu kim etməli, yol göstərməlidir? Təbii ki, baş məşqçi.
Artıq bu yaşda özündən 4-5 yaş balaca uşaqlarla oynamaqla artırmaq yox, yerində saymaq olar.
Düzdü, Birinci Liqanın səviyyəsi aşağıdır. Ancaq etiraf edək ki, orada olan mübarizə, oyun dinamikası əvəzedici komandada yoxdur.

Ən azından Premyer Liqanın bir addım gerisində olan liqamız oradır.
Əgər 23-24 yaşlı futbolçunun artırmaq, böyümək fürsətləri varsa, bu yaşda onun üçün Birinci Liqa münasibdir, nəinki əvəzedicilər liqası.
Gedişləri özləri üçün düzgün qərar olmaqla yanaşı, həm də yerlərinə gələcək 17-18 yaşlı uşaqlar üçün bir fürsətdir.
Bu gün efirdən düz söz danışmağa görə istənilən məşqçimizə "əhsən" düşür.
Amma daha yaxşı olardı ki, həmin düzləri praktikada da həyata keçirərdilər.
Bu gün məhz ən böyük bəlamız bundadır.
Hamı danışır, amma əmələ gələndə əksəriyyətin xurcunu boş görünür.
Eynən Vaqif Cavadovda olduğu kimi.
XANOĞLAN İMANOV

13-02-2024, 09:00 192

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060