“2-3 klubu həyasızcasına yuxarı dartırlar” – Xaqani Məmmədov


Ötən gün Misli Premyer Liqasının 28-ci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçındakı (1:0) hakimlik xeyli müzakirələrə səbəb oldu. Matçın baş hakimi Kamranbəy Rəhimovun “Araz-Naxçıvan”ın qapısına verdiyi penalti qərarı isə təəccüb doğurdu. Maraqlıdır ki, epizoda VAR-da baxılsa da, yenə qərar dəyişmədi və “Sumqayıt” həmin penalti ilə 1:0 hesablı qələbə qazandı.
AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov QOL.az-a açıqlamasında dünənki matçın idarəçiliyi ilə bağlı danışıb. O, Kamranbəy Rəhimovun penalti qərarını biabırçılıq adlandırıb: 
“Heç o epizodu şərh etməyə dəyməz. Çox iyrənc bir penalti qərarı idi. Fikir verin, Kamranbəy Rəhimov uzun müddətdir ki, cəzalı idi. İndi onu məhz bu oyuna verirlər. Üstəlik, VAR-da oturan Cavid Cəlilov Hakimlər Komitəsində departament rəhbəridir. Oyunun hakim-inspektoru isə Hakimlər Komitəsinin sədri Barış Şimşək idi. Vallah, biabırçılıqdır. Özüm hakimlərin yerinə utandım. Bunlar nə etmək istəyir? İndiyədək həmişə çalışmışam ki, bunları müdafiə edim. Amma görürəm ki, doğrudan da 2-3 klubu həyasızcasına yuxarı dartırlar. Dünən özləri bunu təsdiq etdilər”. 
X.Məmmədov Kamranbəy Rəhimovun hakimlik istedadı olmadığını iddia edib: “Mən nə qədər deməliyəm ki, Kamranbəy hakim deyil? O, mənim vaxtımda başlamışdı hakimliyə. İstedadı yox idi. Ona görə göndərdim aşağı liqalara. Gətirdilər çıxardılar yenə Premyer Liqaya. İndi də tez-tez belə kobud səhvlər edir. Yaxşı, bu səhv edir, bəs VAR-da nəyə baxırlar? “Sumqayıt”ın futbolçusu qapıçıya çatmamış topa zərbə endirir, daha sonra 2-3 addım atır və özünü çırpır rəqib qapıçıya. Yazıq qapıçı ayağını da yığır, bədənini də ki, rəqibə toxunmasın”. 
X.Məmmədov qeyd edib ki, yeni AFFA rəhbərliyi ilk növbədə hakimliklə bağlı tədbir görməlidir: “Əgər AFFA-ya gələn yeni rəhbərlik hakimliklə bağlı tədbir görməsə, futbol dirçəlməyəcək. Çox vaxt uşaq futbolundan danışırıq, amma futbolun inkişafı hakimlikdən çox asılıdır. Nə qədər qeyri-obyektiv olacaqsansa, futbol inkişaf etməyəcək. Mən hakimliyi tənqid etməyi heç istəmirəm, amma özləri buna məcbur edirlər”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Qaydalara görə, hakimlərə idarə etdiyi oyunla bağlı fikir bildirmək qadağan edilir.

1-04-2024, 11:54 192

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060