Sumqayıtlı məşhurlar çağırdı, stadiona cəmi 3500 azarkeş gəldi…



Misli premyer-liqasında 34-cü tura Sumqayıt" - "Səbail" matçıyla yekun vurulub.
Oyundan öncə sumqayıtlı məşhurlar - şahmatçı Zeynəb Məmmədyarova, müğənni Murad Arif, karateçi Rəfael Ağayev, paralimpiya cüdoçusu İlham Zəkiyev azarkeşlərə müraciətlə onları tribunalara dəvət edib. Belə görünür ki, bu müraciətlər yetərincə faydalı olmadı. Axı Mehdi Hüseynzadənin adını daşıyan stadiona cəmi 3500 azarkeş toplaşmışdı. Görəsən, bu ideya niyə istənilən nəticəni vermədi? Avrokuboklara iddialı kluba azarkeşlər niyə biganə yanaşır? Bu suallarla "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik:“Məncə, tanınmış sumqayıtlıların çağırışı öz nəticəsini verdi. Baxmayaraq ki, bu dəfə rekord olmadı, stadion tam dolmadı, amma istənilən halda, tribunalarda 3500 azarkeş var idi. Bu isə premyer-liqamızın ortalamasının çox üzərində bir rəqəmdi. Stadiona gələn və bizə dəstək verən heç bir azarkeşin əməyini kiçiltmək istəmirik. Könül istərdi ki, hər oyun anşlaq olsun, tribunalar tam dolsun, amma istənilən halda, sumqayıtlı azarkeşlər daim öz komandalarının arxasındadırlar. Fürsətdən istifadə edib mövsümün son oyunu üçün bir daha azarkeşləri stadiona dəvət edirəm. Onların dəstəyi ilə uğurlu mövsümü major notda bitirmək istəyirik. Gəlsinlər, doldursunlar tribunaları və əsl futbol şousunu birlikdə yaradaq. Məncə, bir az zamana ehtiyac var. Uzun müddət komanda "Kapital Bank Arena"da oynayıb. Orda isə azarkeş tutumu az olduğu üçün müəyyən sayda fanatları oyuna qəbul edə bilirdik. Bu da bir növ azarkeşlərdə vərdişin itməsinə gətirib çıxarmışdı. Artıq daha geniş və müasir stadionda oynayırıq. Zamanla azarkeş sayımız da artacaq. Sevindirici haldı ki, azarkeşlərimiz arasında ailələr, uşaqlı valideynlər də var idi. Bütün bunlar gələcəyə ümidlə baxmağa əsas verir. Futbol insanların əyləncə, istirahət anlayışında yer tutur və zamanla bunun ayrılmaz parçası olacaq”.

16-05-2024, 07:28 261

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060