Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar: Şanslar necə dəyərləndirilir?



Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropada 4 klub təmsil edəcək. Belə ki, "Zirə" Avropa Liqasında, "Sumqayıt" və "Sabah" Konfrans Liqasında, Azərbaycan çempionu “Qarabağ” isə Çempionlar Liqasında çıxış edəcək. Mövsümü 5-ci pillədə bitirən "Neftçi" isə avrokuboklara vəsiqə əldə edə bilməyib. 
Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar mübarizəyə nə dərəcədə hazırdırlar? 
İdman jurnalisti Araz Əhmədov 90 deqiqe.Az-a açıqlamasında əvvəlcə "Neftçi"nin mövsümü uğursuz başa vurmasından danışıb. O bildirib ki, komandanın avrokuboklara vəsiqə qazanmaması klub adına biabırçılıq, faciədir: "Çünki bu klub “Qarabağ”dan sonra Azərbaycan Premyer Liqasında ikinci ən bahalı heyətə malik komandadır. Belə heyətə malik olan klub üstəlik əcnəbi baş məşqçi ilə avrokuboklara vəsiqə  qazanmırsa, həmin komandanın rəhbərliyi bütöv, tam şəkildə istefa verməlidir. Təkcə baş məşqçini göndərməklə iş bitmir. Burada günah  baş məşqçinin yox, o baş məşqçini gətirən rəhbərliyindir".
“Zirə”, “Sabah” və “Sumqayıt” komandalarının hazırkı durumundan danışan A.Əhmədov onların içərisində avrokuboklar üçün ən hazırlıqlı komandanın “Sabah” olduğunu söyləyib: "Çünki Krunoslav Renduliçin gəlişi ilə bu komanda həqiqətən baxımlı futbol oynayır və 3-4 mövqe üzrə transfer etməklə avrokuboklara hazır gedə bilər".
A.Əhmədov həmçinin bildirib ki, “Sumqayıt”ın da heyətində yaxşı futbolçular var. Onun sözlərinə görə, komandanın baş məşqçisi də artıq uzun müddətdir ki, klubda çalışır və avrokuboklarda heyətini gücləndirərsə, nəsə əldə edə bilər: "Amma “Zirə” ilə bağlı məsələ bir az fərqlidir. Çünki “Zirə” UEFA Konfrans Liqasında yox, avroliqada mübarizə aparacaq. Avroliqada mübarizə aparmaq isə daha güclü rəqiblərlə üz-üzə gəlmək deməkdir. Təəssüflər olsun ki, “Zirə”nin  bugünkü oyunu və heyəti ümid vermir. Yəni “Zirə” ola bilər ki, bu gün avrokuboklara vəsiqə qazandı, Avropa liqasında çıxış edəcək və Azərbaycan kubokunun finalında oynayacaq. Amma bütün bunları müdafiə futbolu ilə, primitiv oyunla əldə edib. Belə oyunla, belə futbolla avrokuboklarda nəsə əldə etmək, nəyəsə ümid etmək qeyri-mümkündür. Əgər komanda bu oyun dəst-xəttini dəyişməsə, heyətində yeni futbolçular olmasa, yenilənməsə, avrokubokların  elə ilk turundaca uğursuzluğa düçar olacaq”.

27-05-2024, 16:09 171

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005