Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Sumqayit.tv xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.

Baş hakim Rəşad Əhmədovun idarrə etdiyi görüşdə ilk qolu 54-cü dəqiqədə qonaqların futbolçusu Rüstəm Əhmədzadə vurub. 81-ci dəqiqədə isə Aleksandr Ramalinqom fərqi artırıb.

Bu nəticədən sonra Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" xallarını 20-ə çatdıraraq turnir cədvəlinin 3-cü piləsinə yüksəlib. Kaxaber Tsxadadzenin komandası beş xalla turnir cədvəlinin 10-cu pilləsində yer alır.