
Misli Premyer Liqasında XVIII tura "Sumqayıt" - "Karvan-Yevlax" oyunu ilə start verilib.
Sumqayit.tv xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"ın heyətində Aleksa Yankoviç (20) və Ronaldo Vaskez (33) fərqləniblər.
Günün digər qarşılaşmasında isə "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, XVIII tura fevralın 1-də yekun vurulacaq.
Bu gün, 20:25
3