
Sumqayıt FK növbəti oyununa hazırlaşır.
Sumqayit.tv xəbər verir ki, Misli Premyer Liqasının 24-cü turu çərçivəsində Sumqayıt təmsilçisi doğma meydanda Şamaxı FK ilə qarşılaşacaq.
Görüş martın 13-də saat 20:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və oyuna giriş pulsuz olacaq.
Qarşılaşma öncəsi “kimyaçılar” sosial şəbəkə hesablarında azarkeşləri stadiona dəvət edən maraqlı və motivasiyaedici paylaşım ediblər.
11-03-2026, 19:57
41