
Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” beynəlxalq turnirində təqvim və format dəyişikliklərinə gedilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən bildirilib ki, dəyişiklik Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən ölkəmizə səfər edə bilməməsi ilə əlaqədardır.
FIFA ilə razılaşdırılmış formata əsasən turnir iki oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya milli komandası və 30-da Syerra Leone milli komandası ilə qarşılaşacaq.
Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
23-03-2026, 12:51
16