
Şahmat üzrə 8–18 yaşadək oğlanlar və qızlar arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt təmsilçiləri uğurlu çıxışları ilə diqqət çəkiblər.
Sumqayit.tv xəbər verir ki, Gəncə şəhərində təşkil olunan yarışda müxtəlif yaş kateqoriyalarında Sumqayıt şahmatçıları həm gümüş, həm də bürünc medallar qazanıblar.
Belə ki, 12 yaşadək oğlanların yarışında Nurlan Əzizli üçüncü yeri tutub. Eyni yaş kateqoriyasında qızların mübarizəsində Xanımzar Hümmətli ikinci, Sadəgül Əfəndi isə üçüncü olub.
14 yaşadək qızlar arasında Sumqayıt şahmatçıları uğurlu nəticə göstərərək Leyla Mirzəliyeva ikinci, Fatimə Mirzəliyeva isə üçüncü yerə layiq görülüb.
16 yaşadək oğlanların yarışında Elçin Şəkərəliyev ikinci yeri tutub.
18 yaşadək oğlanlar arasında Rüstəm Rüstəmov ikinci, Fərid Orucov isə üçüncü olub. Qızların yarışında isə Nurtən Nuriyeva ikinci yerə sahib çıxıb.
Qeyd edək ki, mükafat qazanan şahmatçılar diplom və medallarla təltif olunublar. Yarışın nəticələrinə əsasən, birinci yeri tutan idmançılar dünya və Avropa çempionatına, ikinci yeri tutanlar Avropa çempionatına vəsiqə qazanıblar. Üçüncü yer sahiblərinə isə beynəlxalq yarışlarda iştirak üçün maliyyə dəstəyi veriləcək.








31-03-2026, 13:16
83