
Sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edəcək.
Sumqayit.tv xəbər verir ki, təcrübəli şahmatçı Çində keçiriləcək yarışda “KazChess” komandasının heyətində çıxış edəcək.
Məlumata görə, komandanın heyətində Aleksandr Qrişuk, Rixard Rapport, Van Hao, Bibisara Asaubayeva və Kazıbek Noqirbek kimi tanınmış şahmatçılar da yer alıblar.
Güclü heyətə malik “KazChess”in turnirin əsas favoritlərindən biri olduğu bildirilir.
Qeyd edək ki, dünya çempionatında Maqnus Karlsen, Fabiano Karuana və digər məşhur qrosmeysterlər də mübarizə aparacaqlar.
16-22 iyun tarixlərində keçiriləcək yarışın ümumi mükafat fondu 500 min avro təşkil edir.
Mənbə:İdman.biz
Bu gün, 19:10
12