Bu gün İsveçrənin Nyon şəhərində Konfrans Liqasının pley-off oyunlarının püşkatma mərasimi keçirilib.Sumqayit.tv xəbər verir ki, H qrupunda 11 xalla qrupda 2-ci yer tutan Azərbaycan təmsilçisi "Qarabağ" da bu mərhələdəki rəqibi məlum olub.
Səpələnmişlər arasında yer alan Ağdam klubu Fransa "Olimpik Marsel"i ilə üz-üzə gələcək.
"Qarabağ" ilk oyununa fevralın 17-də səfərdə keçirəcək.