Asəf Namazov - 70


Dünən Azərbaycan futbolunun tanınan simalarından biri, "Neftçi"nin əfsanəvi futbolçularından olmuş Asəf Namazovun 70 yaşı tamam oldu.

Təbii ki, mənim yaşım onun oyununu canlı izləməyə imkan verməyib, amma izləyənlərin dilindən ancaq tərif eşitmişəm. "Neftçi"nin 80-ci illər nəsilinin üzvləri Asəf müəllimə kumir gözü ilə baxdıqlarını etiraf edirdilər. Deyirdilər ki, dəmir kimi müdafiəçi olub, hələm-hələm hücumçular ondan yayına bilməzdi. Xaraktercə də böyük xarizması olub və təsadüfi deyil ki, ona "Neftçi"nin kapitan sarğısını da etibar ediblər. Namazovun karyerası demək olar ki, bu kluba bağlı olub və 1973-83-cü illər aralığında "Neftçi"nin formasını geyinib, 226 oyunda meydançaya çıxıb və 6 qola imza atıb. 1972-ci ildə "Neftçi" SSRİ-nin yüksək liqasını tərk edib I Diviziona düşəndə o vaxtkı ölkə rəhbərliyi, idman idarəsi təcili radikal addımlara getdilər və əksəriyyəti gənclərdən təşkil olunan yeni komanda quruldu. Həmin kollektiv 1976-cı ildə "Neftçi"ni yenidən SSRİ-nin futbol elitasına qaytardı ki, həmin kollektivin əvəzedilməz üzvlərindən biri də məhz Namazov idi. Çox təəssüf ki, kubun tarixində böyük iz buraxmış bu cür şəxsiyyət belə bir yubiley günündə nə AFFA-nın, nə də "Neftçi"nin hazırkı rəhbərliyinin yadına düşmədi. Dünən, yəni 26 yanvar günü "Neftçi"də cəmi iki mövsüm keçirən qvineyalı Kaneyə təşəkkür edən klubun rəsmi saytı, eyni təşəkkürü bütün ömrünü bu kluba vermiş daha böyük şəxsiyyətə etməyi unutdu. Adətən bu cür yubilyarlarla görüşlər keçirilir, onların şərəfinə hansısa tədbirlər təşkil olunur, xatirə hədiyyələri, simvolik forma təqdim olunur və s. Bəlkə də Asəf müəllimin hazırkı AFFA rəhbərliyinə, xüsusilə Elxan Məmmədova qarşı sərt və radikal mövqeyi "Neftçi" rəhbərliyinə bu cəsarəti vermədi. Amma unutmaq olmaz ki, klubun tarixi, klubun dəyərləri bütün mənafelərdən və maraqlardan daha üstün olmalıdır. Yubileyin mübarək, Asəf Namazov!

Hörmətlə: Anar Xanlarov

27-01-2022, 16:32 971

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041