18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.Sumqayit.tv xəbər verir ki, komandanın 6 futbolçusu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub.
Nəticədə yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.
Qeyd edək ki, Minskdəki yarış 3 - 14 fevralda olacaq.