UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında fevralın 24-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” (Fransa) oyununun hakimləri açıqlanıb. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Bartosz Frankovski
Baş hakimin köməkçiləri: Marcin Boniek, Jakub Vinkler
Dördüncü hakim: Krzysztof Jakubik