İntizam Komitəsinin qərarları açıqlanıb


05.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
06.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6).

06.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır (maddə 49).
 
06.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
06.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Keşlə” – “Sabah” oyununda matçın 63-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur (maddə 41.4).
 
06.03.2022-ci il tarixində Premyer Liqanın XVIII turunun “Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur (maddə 69.5).
 
07.03.2022-ci ildə I Divizionun XVII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 9 nömrəli futbolçusu Maqsud Ələkbərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
08.03.2022-ci ildə I Divizionun XVII turunun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
08.03.2022-ci ildə I Divizionun XVII turunun “Səbail-2”  – “Sabah-2” oyununda “Sabah-2” klubunun 27 nömrəli futbolçusu Samir Məhərrəmli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
 
09.03.2022-ci ildə I Divizionun XVII turunun “Kəpəz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
09.03.2022-ci ildə I Divizionun XVII turunun “Neftçi-2”  – “Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2)
 
09.03.2022-ci ildə I Divizionun XVII turunun “Neftçi-2”  – “Qarabağ-2” oyununda “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
09.03.2022-ci ildə I Divizionun XVII turunun “Neftçi-2”  – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
09.03.2022-ci ildə I Divizionun XVII turunun “Neftçi-2”  – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 80 manat cərimə olunur (maddə 51.2)
 
05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Neftçi” IK  – “Ekol” oyununda “Ekol” komandasının 11 nömrəli futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “Alyans” FK – “Baku Fire” oyununda matçın 15-ci dəqiqəsində “Alyans” FK komandasının 10 nömrəli futzalçısı Elşən Veysoyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).
 
05.03.2022-ci ildə Futzal üzrə Yüksək Liqanın “U 19” – “Xilə” FK oyununda “Xilə” FK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
03.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Ulduz” oyununda “Ulduz” komandasının 17 nömrəli futzalçısı Səid Talıbzadə oyunun 19-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
03.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Şuşa” – “Ulduz” oyununda matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün “Ulduz” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Star Karqo” oyununda “Dəstə Ordubad” komandasının 1 nömrəli futzalçısı Anar Rəhimov oyunun 15-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın “Standard” – “Baku Fire 2” oyununda “Baku Fire 2” komandasının 1 nömrəli futzalçısı Zalış Səmədzadə oyunun 23-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
04.03.2022-ci ildə Futzal üzrə Birinci Liqanın PASO – “Zəngilan” oyununda “Zəngilan” komandasının 12 nömrəli futzalçısı Kamil Aslanov oyunun 9-cu dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
06.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “Advokat” – “Borçalı” oyununda “Borçalı” komandasının 92 nömrəli futzalçısı Asif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
06.03.2022-ci ildə Futzal üzrə İkinci Liqanın “İSMA” Baku – “Baker Tilly” oyununda matçın 28-ci dəqiqəsində “Baker Tilly” komandasının 17 nömrəli futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
07.03.2022-ci il tarixində Yüksək Qızlar Liqasının “Keşlə” FK – “Qəbələ” FK oyununda matçdan sonra “Qəbələ” FK komandasının baş məşqçisi Dilarə Əhmədova ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanır (maddə 47.3)
 
07.03.2022-ci il tarixində Yüksək Qızlar Liqasının “Keşlə” FK – “Qəbələ” FK oyununda “Keşlə” FK komandasının cəzalı futbolçusu Umnisə Əliyeva rəqib komandanın oyunçularını təxribata çəkdiyi üçün 8 oyun stadiona girişinə qadağa qoyulur.
 
06.03.2022-ci il tarixində Region Liqasının “Energetik” – “Karvan” oyununda “Karvan” komandasının 3 nömrəli futbolçusu Məhəmmədəli Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
06.03.2022-ci il tarixində Region Liqasının “İmişli” – “Füzuli” oyununda matçın 32-ci dəqiqəsində “İmişli” komandasının baş məşqçisi Süleyman İsayev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).
 
06.03.2022-ci il tarixində Region Liqasının “Araz” (Saatlı) – “Mil” FK oyununda matçın 60-cı dəqiqəsində “Mil” FK komandasının 12 nömrəli futbolçusu Cahangir Qurbanzadə hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).
 
05.03.2022-06.03.2022-ci il tarixlərində Region Liqasında keçirilməli olan “Şahdağ” (Quba) – “Cəbrayıl” oyununda “Şahdağ” (Quba) komandası matçı keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).
 
06.03.2022-ci il tarixində Region Liqasının “Babək” – “Kəngərli” oyununda “Babək” komandasının baş məşqçisi Rauf Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).
 
06.03.2022-ci il tarixində Region Liqasının “Batabat” – “Əlincə” oyununda matçdan sonra “Əlincə” komandasının 18 nömrəli futbolçusu Mehman Quluyev hakimlərə hədə-qorxu gəldiyi üçün 5 oyun cəzalanır (maddə 43.1).
 
28.02.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” PFK – “Səbail” oyununda “Neftçi” PFK komandasının 3 nömrəli futbolçusu Xəqan Məmmədov oyunun 58-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
03.03.2022-ci il tarixində Gənclər Liqasının “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 5 nömrəli futbolçusu Vasif Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
03.03.2022-ci il tarixində Gənclər Liqasının “Neftçi” İK İB – “Zirə” oyununda “Zirə” komandasının 16 nömrəli futbolçusu Elçin Bayramov oyunun 25-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
03.03.2022-ci il tarixində Gənclər Liqasının “Sabah” – “Səbail” oyununda “Səbail” komandasının 66 nömrəli futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
03.03.2022-ci il tarixində Gənclər Liqasının “Qəbələ” – “Neftçi” PFK oyununda matçın 51-ci dəqiqəsində “Neftçi” PFK komandasının 11 nömrəli futbolçusu Cavanşir Şahbazlı “aqressiv hərəkət”-ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
 
04.03.2022-ci il tarixində U-17 Liqasının “Neftçi” İK İB – “Zaqatala” oyununda “Zaqatala” komandasının 10 nömrəli futbolçusu Deniz Ramazanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
04.03.2022-ci il tarixində U-14 Liqasının “Neftçi” PFK – “Vətən” RİOEUGFM oyununda “Vətən” RİOEUGFM komandasının 30 nömrəli futbolçusu Vahid Rəhimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
27.02.2022-ci il tarixində U-12 Liqasının “Qarabağ” – “Vətən” RİOEUGFM oyununda “Vətən” RİOEUGFM komandasının baş məşqçisi Kənan Mustafayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).
 
27.02.2022-ci il tarixində U-11 Liqasının “Modern” FA – “Yasamal Sağlamlıq” İK oyununda “Yasamal Sağlamlıq” İK komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1)
 


11-03-2022, 16:33 201

Digər xəbərlər

“Ad günümə dəvət etmədim”-Valeh Kərimovla Afaq Bəşirqızı küsülüdür?-AÇIQLAMA

Sumqayıtda əməliyyat: saxlanılanlar var - Video

Sumqayıt 5-ci məhəllədə təmir işləri piyadalar üçün təhlükə yaradır - VİDEO

Sumqayıtda bir neçə xüsusi uşaq bağçası dövlət qrantı qazandı

Sumqayıtda 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb

Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

Sumqayıtda kitab ianəsi aksiyası

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

Sumqayıt məhkəməsi 62 min manatlıq dələduzluq işi üzrə qadını bəraətli saydı

Gələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq — Sumqayıt sakinləri də bu xidmətdən yararlanacaq

Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sumqayıtda və ölkənin digər bölgələrində növbəti torpaq hərracları elan edildi

Dekarbonizasiya planında Sumqayıt xüsusi yer tutur – 2035-ci ilə qədər sənaye elektrikləşdiriləcək

“Dünyasını dəyişən insanlar haqda bir xoş söz tapıb danışa bilmirsinizsə...”-Namiq Mənadan Nizami Rəmzinin qızına - FOTO+ÖZƏL

İlham Əliyev: Qarabağ Zəfəri türk dünyasının ortaq qürurudur

Sumqayıtlılar əslində necə xarakterizə olunur? (MARAQLI)

Manisada Azərbaycan mədəniyyəti gecəsi keçirildi - FOTO

Sumqayıtlı jurnalist şəhid məzarının fotosunu paylaşdı — Səfiri dərhal reaksiya verdi - FOTO

Dələduzların yeni fırıldaq üsulu – Sumqayıt sakini xəbərdarlıq edir

Sumqayıtın 76 illiyi – Sənaye şəhərindən müasir inkişaf mərkəzinə

1 2 3 4 5 6 7 8 9 10 ... 989
Bu gün, 10:57
Bu gün, 10:31
Dünən, 22:08
Dünən, 21:24
Dünən, 21:17
Dünən, 17:20
Dünən, 16:55
Dünən, 16:16
Dünən, 16:10
Dünən, 16:04
Dünən, 15:15
Dünən, 13:17
Dünən, 13:09
Dünən, 12:59
Dünən, 12:49
Dünən, 10:40
22-11-2025, 21:03
22-11-2025, 20:23
22-11-2025, 14:53
22-11-2025, 14:05
22-11-2025, 11:35
22-11-2025, 11:31
22-11-2025, 09:52
21-11-2025, 19:46
21-11-2025, 18:04
21-11-2025, 17:56
21-11-2025, 17:28
21-11-2025, 17:24
21-11-2025, 17:03
21-11-2025, 16:58
21-11-2025, 16:53
21-11-2025, 16:35
21-11-2025, 15:48
21-11-2025, 15:42
21-11-2025, 13:45
21-11-2025, 11:59
21-11-2025, 11:53
21-11-2025, 09:37
21-11-2025, 09:22
21-11-2025, 00:20
1 2 3 4 5 6 7 8 9 10 ... 989