Şamaxıya böyük futbolun qayıdacağı tarix açıqlanıb.Aprelin 9-da əvvəlki adı “Keşlə” olan “Şamaxı” yeni məkanda debütünü rəsmiləşdirəcək. Komanda Şamaxı şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Azərbaycan Premyer Liqasının XXII turunun açılış matçı olan bu qarşılaşma saat 14:00-da başlayacaq.