AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq təyinat alıb.Sumqayit.tv xəbər verir ki, K.Mehdiyeva Fransanın qadınlardan ibarət "Lion" və PSJ komandaları arasında keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 24-də keçiriləcək.