Kütləvi futbol layihələri üzrə qrant müsabiqə elan edir

Kütləvi futbol layihələri üzrə növbəti qrant müsabiqəsi keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Sizə layihənin reallaşdırılması və inkişafı üçün qrant udmaq şansını təklif edir!

Bunun üçün sadəcə 15.05.2022 tarixədək qeydiyyatdan keçib müvafiq müraciət formasını dolduraraq öz layihənizi bizimlə bölüşməyiniz lazımdır.
Qeydiyyat üçün link: https://qrant.affa.az/formpage.html  
 
İdman növündən başqa, futbol cəmiyyətə sağlam həyat tərzini təklif edən bir mədəniyyətdir. Kütləvi futbol bizə liderlik, komandada çalışmaq və kommunikasiya bacarıqlarını inkişaf etdirməyi öyrədir, müxtəlif emosiyalar yaşadır, tamaşaçı və futbolçular arasında bağlılıq yaradır. Yaş, cins, milliyət və fizi

ki xüsusiyyətlərdən asılı olmayaraq, futbolu sevən hər bir şəxs bu mədəniyyətin bir təmsilçisidir. Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi rioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün daimi olaraq müxtəlif layihələrimiz icra olunur. Elan etdiyimiz qrant ölkəmizdə ən maraqlı kütləvi futbol layihələrini aşkarlamaq və onlara dəstək olmaq məqsədi daşıyır.
 
Müsabiqədə qalib gələcək layihələrin icrası üçün aşağıda qeyd olunan məbləğlərdə büdcə ayırılacaq:

1-ci yer – 5000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN 

Qrant müsabiqəsinin nominasiyası

Bu müsabiqə kütləvi futbol sahəsinə həsr edilib və nominasiya “Ən yaxşı kütləvi futbol layihəsi”dir. Qeyd olunan nominasiya üzrə aşağıdakı istiqamətlər üzrə layihə təqdim edilə bilər:

 Kütləvi futbol festivalı;
 Müəyyən yaş qrupu və ya hədəf kütləsinin iştirakı ilə futbol turniri;
 Kütləviliyin artırılması üçün nəzərdə tutulmuş.
 
Qrant müsabiqəsi üçün müraciət qaydaları:

 Layihə bir və bir neçə tərəfdaşın iştirakı ilə həyata keçirilə bilər;
 Layihə müraciət formasında aydın və dolğun şəkildə təsvir edilməlidir;
 Təklif edilən layihənin formatından asılı olaraq təyin edilmiş məqsədlər dolğun şəkildə qeyd olunmalıdır;
 Təqdim edilmiş layihə hər iki cins nümayəndələrini əhatə etməlidir.

Münsiflər heyəti

Qrant müsabiqəsi üçün müraciətlərə AFFA-nın Baş katibinin müavini, Texniki direktoru, Kütləvi Futbol Departamentinin rəhbəri və Marketinq və Sponsorluq Departamentinin rəhbərindən ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qalib səsvermə nəticəsində təyin ediləcək. Qalibin təyin edilməsi üçün münsiflər heyəti tərəfindən əsas üstünlük veriləcək kriteriyalar:

 Layihənin kreativliyi və unikallığı;
 Layihənin əsas performans göstəriciləri;
 Layihənin davamlılığı üçün imkanlar;
 Layihənin gələcəkdə digər insanlar, qurumlar, təşkilatlər tərəfindən tətbiq edilməsi imkanları.

Müraciət tarixləri

Qrant müsabiqəsi üçün müraciət qəbulu 25 aprel – 15 may tarixlərilərində davam edəcək. Qaliblər iyun ayında müəyyən ediləcək. Qalibə layihəni reallaşdırmaq üçün 6 ay vaxt veriləcək.

25-04-2022, 13:15 217

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041