Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 13:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə
2. Legioner limitinin müzakirəsi
3. Azərbaycan çempionatında əvəzetmə sayının artırılması
4. AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə
5. Digər məsələlər