FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Sumqayit.tv AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Qeyd edək ki, iyunun 6-ı keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.