Konfrans Liqasında Azərbaycan klublarının rəqibi seçiləcəy

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Sumqayit.tv "Report"-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda "ağ-qaralar" “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi ilə oynayacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

23-07-2022, 08:09 256
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086