Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sumqayit.tv xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.
Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.