Bu gün "Qəbələ"və "Zirə" qarşılaşması olacaq

"Qəbələ" və "Zirə" bu gün autsayderlərlə qarşılaşacaq
Qəbələ və Zirə bu gün autsayderlərlə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha 2 oyunu keçiriləcək.

Sumqayit.tv xəbər verir ki, günün ilk matçı Qəbələdə olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan "Kəpəz" "Qəbələ"ni məhz rəqibin meydanında qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Xalı olmayan "sarı-göylər" isə 9-cudur.

İki komanda indiyədək ölkə çempionatında 20 dəfə qarşılaşıb. Bunların 6-da "Kəpəz", 9-da "Qəbələ" qalib gəlib. 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın xeyrinədir - 25:17.

Qəbələnin eyniadlı təmsilçisi son 3 oyunda qələbə qazanıb. Gəncə klubu isə son 2 matçda qol vurmayıb.

Digər matçda isə 3 xalla 5-ci sırada olan "Zirə" xalsız autsayder "Sumqayıt"ı sınağa çəkəcək. Bu, tərəflərin ölkə çempionatında 28-ci dueli olacaq. Əvvəlki görüşlərin 14-ü "qartallar"ın, 6-sı "gənclik şəhəri" təmsilçisinin xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin 35 qoluna qonaqlar 21 topla cavab veriblər.

“Zirə” son 4 oyunda qələbə qazanıb. “Sumqayıt” son 6 matçda qol vurmayıb.

Azərbaycan Premyer Liqası

III tur

21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Qəbələ şəhər stadionu.

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Dalğa Arena”.

21-08-2022, 09:50 220
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086