Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edəcək.
Bu barədə yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsində bildirilib.
Layihədə qeyd olunub ki, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir.