"Brent" markalı neft fevralın 1-dən indiyədək ilk dəfə bir barel üçün 88 ABŞ dollarından aşağı düşüb.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neft 5,35% dəyər itirərək 87,86 dollar/barelə qədər ucuzlaşıb.
Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 5,84% 1 barel üçün 81,81 ABŞ dolları təşkil edib.