"Taxıl idxalından asılılığın azaldılması üçün müvafiq proqram hazırlanacaq. Bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulub".Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitdə 20,5% artım var.
"Aqrar sahədə subsidiyaların nə qədər düzgün verilməsinə baxmaq lazımdır. Dövlət büdcəsində subsidiyaların ayrılması nəzərdə tutulub. Bu sahəyə dəstək verilməsi hökumət tərəfindən vacib sayılır”.