Gədəbəydə yeni kartof sortlarının yığımı həyata keçirilib


Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiya nailiyyəti hesab edilən yeni kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində cari ilin aprel ayında aparılmış birgə sınaq-nümayiş əkinlərinin nəticələrinə baxış keçirilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər nümayiş əkinlərinin nəticəsi ilə tanış olublar.
Sumqayit.tv xəbər verir ki, yığım prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirlib ki, son dövrlərdə qlobal iqlim dəyişkənlikləri, xəstəlik və zərərvericilərin artması, az məhsuldarlığa malik sortlardan istifadə edilməsi daha keyfiyyətli kartof sortlarının yaradılmasını zəruri edir. İnstitutun alim və mütəxəssislərinin apardıqları tədqiqatların nəticəsi olan “Çənlibel”, “Vaqif”, “Uğur” və “Turan” sortlarının sınaq və nümayiş əkinlərinin nəticələri fermer və sahibkarların böyük marağına səbəb olub. Yeni kartof sortları dəmyə şəraitində yetişdirilən digər sortlardan daha çox məhsul verib. Həmçinin, həmin sortlar xəstəlik və zərərvericilərə müqaviməti ilə seçilib. Müasir seleksiya yolu ilə yaradılan yeni kartof sortlarından “Çənlibel” və “Turan” sortları daha çox məhsuldarlıq göstəricisi ilə fərqlənib.
Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlğı barədə ətraflı müzakirələr aparılıb. Bu sortların toxumlarının çoxaldılması, növbəti mövsüm ilində sınaq nümayiş əkinlərinin sahəsininin və yeni sortların sayının artırılmasına qərar verilib.

10-09-2021, 12:48 177

Digər xəbərlər

Sumqayıtda toyda faciə: 70 yaşlı kişi rəqs zamanı dünyasını dəyişib

Füzuli Dövlət Dram Teatrının direktoru Sumqayıtda dəfn olunacaq

Sumqayıtda 10-cu siniflərə qeydiyyat üçün son tarix yaxınlaşır

Sumqayıtlı futbolçular U-19 millisinin Avropa çempionatı heyətində yer aldı

Sabah Sumqayıtda15 min abonent qazsız qalacaq

Sumqayıt pensiyaçılar üçün ŞAD XƏBƏR – Pensiyalar artırılacaq

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ baş verib

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib – Video

"Namiq Qaraçuxurlu məndən bəhrələnib"

Sumqayıt Regional Vəkil Bürosu Türkiyənin Eskişehir Barosu ilə qardaşlaşa bilər

Sumqayıtda Zəfər Günü münasibətilə hərbi yürüş keçiriləcək

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodunun 2028-ci ildə tam istismara verilməsi planlaşdırılır

Sumqayıtda Cüdo üzrə Abşeron–Xızı region çempionatı keçirilib - FOTOLAR

Sumqayıtda məskunlaşan Zəngilanlı ailələr doğma yurda qayıdırlar

Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladı

Sabah Sumqayıtda leysan yağışı və güclü rütubət gözlənilir - XƏBƏRDARLIQ

Mətanət Əliverdiyeva Saray qəsəbəsində işıqsız yoldan şikayət etdi

"Sumqayıt” Aleksandr Ramalinqo ilə müqaviləni uzatmaq istəyir

Sumqayıta gedən qadın taksi sürücüsü tərəfindən qarət olundu

Sumqayıt polis sistemində çalışmış ehtiyatda olan polkovnik vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 980
Bu gün, 01:08
Dünən, 15:20
Dünən, 14:14
Dünən, 14:05
Dünən, 14:01
Dünən, 12:09
Dünən, 11:50
Dünən, 11:35
Dünən, 09:00
4-11-2025, 19:16
4-11-2025, 19:09
4-11-2025, 18:30
4-11-2025, 17:58
4-11-2025, 17:15
4-11-2025, 17:09
4-11-2025, 16:51
4-11-2025, 16:00
4-11-2025, 15:57
4-11-2025, 15:45
4-11-2025, 15:41
4-11-2025, 15:37
4-11-2025, 13:46
4-11-2025, 13:44
4-11-2025, 13:13
4-11-2025, 12:19
4-11-2025, 11:54
4-11-2025, 11:47
3-11-2025, 17:59
3-11-2025, 17:45
3-11-2025, 17:40
3-11-2025, 17:33
3-11-2025, 17:29
3-11-2025, 16:59
3-11-2025, 14:38
3-11-2025, 14:32
3-11-2025, 14:00
3-11-2025, 12:48
3-11-2025, 12:39
3-11-2025, 12:29
3-11-2025, 11:02
1 2 3 4 5 6 7 8 9 10 ... 980