Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına doğru genişləndirməkdə davam edir.
Belə ki, bu gün Bolqarıstanın paytaxtı Sofiyada təbii qaz infrastrukturunun həcminin artırılmasına dair genişmiqyaslı sazişin imzalanma mərasimi keçiriləcək.
Sənədi Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya tərəfi imzalayacaq.
Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.