Deputatdan Sumqayıtda liman tikilmə təklifi

istanbulda-deniz-tixacdir-biz-niye-xezerimizi-bos-saxlamisiq


“Bu gün ölkənin ən böyük problemlərindən biri tıxacdır və məlum problemin çözülməsi istiqamətində Xəzər dənizindən ictimai nəqliyyat kimi istifadənin iqtisadi rentabelliliyini və sosial faydalılığını mütləq nəzərdən keçirməliyik. Yararlanmalıyıq, təbiətin bizə verdiyi fürsətdən. Hə, perspektivdə velosiped və xüsusi avtobus yollarının çəkilməsi də kifayət qədər cəlbedici görünə bilər. Amma qısa müddətdə reallaşması mümkün olan ən optimal variant düşünürəm ki, Xəzər dənizindən istifadədir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentdə keçirilən büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, xərc də böyük deyil, dövlət də çox yüklənməyəcək: “Sadəcə 5-6 dayanacaq limanı ərsəyə gətirməklə Əhmədlini, Günəşlini, Bakı kəndlərini, Sumqayıtı və digər sahilyanı zonaları rahat bir şəkildə mərkəzlə koordinasiya etmək mümkündür.
Ortada qardaş Türkiyə, konkret olaraq İstanbul nümunəsi var. Dənizinə baxırsan, az qala tıxacdır. Maksimum istifadə edirlər, bəhrələnirlər. Vapurlar taksilərin, ictimai və hətta şəxsi nəqliyyatın belə yükünü yetərincə azaldıb. Biz bunu niyə etməyək ki? Bom-boş qalıb Xəzərimiz. Gün ərzində 1 saatdan bir dövr edən (o da isti havalarda) “gəzinti turu” yaxtasından savayı, gözə heç nə dəymir. Hərgah, həm istirahət, həm zövq, həm yenilik baxımından gəmi nəqliyyatı insanlar üçün nə qədər maraqlı ola bilər”.
Elşən Musayev əlavə edib ki, məlum təklifin realizəsində bəzi məqamlar çətinlik yarada bilər: “Bunu da istisna etmirəm. Məsələn, Bakının küləkli şəhər olması, dəniz dərinliyinin bəlli istiqamətlərdə istismar tələblərinə nə qədər cavab verməsi, bütün mövsümlərdə iqlimə uyğun fəaliyyət göstərə biləcək gəmilərin varlığı, yetərliliyi və s. Amma mən əminəm ki, ilkin addımlar atılsa, hər şey yaxşı olacaq. Hətta gələcəkdə özəl sektorun da bu sahəyə cəlb olunması tamamilə mümkündür”. 

6-11-2023, 12:00 198

Digər xəbərlər

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: seçim prosesində yeniliklər edildi

Sumqayıt bulvarında 329 min manatlıq abadlıq işləri aparılacaq

Coratda su kəsilib: Sakinlər məlumat verilməməsindən narazıdır

Xırdalan və Sumqayıtda yeni mənzillərin satışı başladı

Sumqayıtın 234 məzunu universitet yolunda 600+ nəticə göstərdi

Bir stadion sıradan çıxdı, növbə buna çata bilər – “Sumqayıt”da stadion böhranı

10A marşrutunda xaos: Sakinlər 40 dəqiqə avtobus gözləyir

“Bolluq LTD”nin 50 min manatını mənimsəyən ekspeditorla bağlı qərar verildi

Bu sumqayıtlı gənclər imtahan vermədən tələbə oldular

Gecə parkda itlər insanlara hücum edib? – Sumqayıtda sakinlər narahatdır-VİDEO

Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda qiymətlər

Artıq Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz

Sumqayıtın iki Prezident təqaüdçüsü ailə qurdu

7 nazirlik işçi axtarır: Maaş 3 700 manatdan çoxdur

Sumqayıtda mühafizəçi iş başında vəfat edib

Sumqayıt-Neftçi oyununu bu qədər azarkeş izlədi

Bakı–Sumqayıt taksiləri ilə bağlı qayda sərnişinləri narazı salır

Sumqayıtın 13-cü mikrorayonunda təmir sonrası ərazi bərpa edilməyib – SAKİNLƏR ŞİKAYƏTLƏNİR

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Şagirdlərin elektron yerdəyişməsi başlayır – TARİX AÇIQLANDI

1 2 3 4 5 6 7 8 9 10 ... 1100
Bu gün, 14:12
Bu gün, 10:12
Bu gün, 09:31
Dünən, 16:12
Dünən, 14:31
Dünən, 14:05
Dünən, 12:55
Dünən, 12:19
Dünən, 11:32
Dünən, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 16:27
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
18-08-2026, 12:08
18-08-2026, 12:07
18-08-2026, 11:20
17-08-2026, 18:08
17-08-2026, 18:02
17-08-2026, 15:47
17-08-2026, 14:21
17-08-2026, 14:12
17-08-2026, 13:21
17-08-2026, 12:10
17-08-2026, 11:56
17-08-2026, 11:20
17-08-2026, 11:07
17-08-2026, 10:23
17-08-2026, 01:21
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
15-08-2026, 13:03
15-08-2026, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
1 2 3 4 5 6 7 8 9 10 ... 1100