Pensiya ala bilməyən vətəndaşlara ŞAD XƏBƏR: Hər ay 280 manat ALA BİLƏCƏKSİNİZ

 

Azərbaycanda insanların orta yaşı dünya ölkələri ilə müqayisədə az olsa da, pensiya yaşı çoxdur. 65 yaş həddi ilə bağlı uzun zamandır mübahisə var və əksəriyyət bunun azaldılmasının tərəfdarıdır. Bundan əlavə Azərbaycanda vətəndaşların pensiya alması üçün ya 25 il iş stajı olmalıdır, ya da tələb olunan qədər pensiya kapitalınız. Təsəvvür edin ki, pensiya yaşınız artıq çatıb, amma nə 25 il stajınız var, nə də ki lazımi kapitalı yığa bilmisiniz.
Belə olan təqdirdə, həmin şəxs pensiya ala bilmir?
Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, əgər pensiya kapitalınız tələb olunan məbləğə çatmırsa, bu zaman çatışmayan hissəsini xüsusi hesaba qoymaqla pensiya almaq hüququnu əldə edə bilərsiniz:
138204c2_4829_4f96_9bf7_7676569f7df6_1699344263-full.png (663 KB)
“Vətəndaşların pensiya hüquqları əmək pensiyaları haqqında qanunla tənzimlənir və Azərbaycanda minimum pensiya 280 manat təşkil edir. Birinci növbədə əmək pensiyası, əmək pensiyaları haqqında qanunda nəzərdə tutulmuş qaydada və şərtlərlə müəyyən edilən məcburi dövlət sosial sığorta olunanlarının onların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərindən hesablanan aylıq ödənişlərdir. Bununla birlikdə həmin bu tutulmalar nəticəsində şəxsin əməkpensiyası kapitalı toplanır. Azərbaycan Respublikasında 2023-cü il üçün əmək pensiyasının minimum həddi 40 min 320 manat tələb olunub”.
Hüquqşünas qeyd edib ki, tələb olunan bir digər məsələ isə şəxsin 25 illik əmək stajının olmasıdır. Onun sözlərinə görə 2006-cı il yanvarın 1-dən 2018-ci il iyul ayının 1-nə qədər əmək pensiyası kapitalı toplanmış şəxsin sosial sığorta stajı avtomatik hesablanır: “Əgər burada hər hansı bir çatışmazlıq olarsa, həmin şəxsə 280 manat yox, 220 manat verilir. Yaşa görə əmək pensiyası təqdim olunan zaman 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar fərdi hesablarının sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verildikdə sığorta stajından asılı olmayaraq şəxs pensiya hüququ əldə edir”.
Vətəndaşların əmək stajı tamam olubsa, lakin onların pensiya kapitalında toplanan məbləğ 40 min 320 manatı qarşılamırsa, vətəndaşa təklif olunur ki, ya çatışmayan məbləğ onun özü tərəfindən təqdim olunsun və həmin məbləğ onun pensiya kapitalına əlavə olunsun, beləliklə o, ayda 280 manat pensiya almağa başlasın və ya əksinə bu məbləği vermədən də şəxs dövlətdən 220 manat məbləğində pensiya ala bilir. Kəsr hissəni şəxs öz hesabına qarşılamaq istəyərsə, buna imkan yaradılır və nəticə etibarilə həmin şəxs digər vətəndaşlar kimi aylıq 280 manat pensiya alır – deyə Ramil Süleymanov əlavə edib.
İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda pensiya kapitalı ilə bağlı ciddi problemlər mövcuddur:
natiq_ceferli_real_1699344496-full.jpg (32 KB)
“Pensiya kapitalı ilə bağlı ən böyük problem avtomatik olaraq minimum təqaüd artdığı zaman pensiya kapitalının da artmasıdır. Hazırda Azərbaycanda və dünyada inflyasiya var, indeksləşdirmə aparılır. Keçən il minimum təqaüd 240 manatdan 280 manata qaldırıldı. Avtomatik olaraq qanuna əsasən, pensiya təqaüd fondunun yığım hissəsi 40 min 320 manata qalxdı. Bu doğru deyil. Sabah minimum təqaüd 400 və ya 500 manata qalxsa, belə çıxır ki, pensiya kapitalı da 70-80 minə qədər artacaq. Bu qədər vəsaiti heç kim yığa bilməz”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda özəl təqaüd fondları yaradılmalıdır. Onun sözlərinə görə, bu zaman belə addımların atılmasına ehtiyac yaranacaq, yəni vətəndaşla özəl təqaüd fondları arasında ayrıca fərdi müqavilələr bağlanacaq: “Belə olan halda kapitalın yığım hissəsini artırmaq da olar, əlavə özünüz də vəsait qoya bilərsən və təqaüdə çıxandan sonra yığdığın vəsaitin hansı formada bölünməsini də təyin edə bilərsən. Hətta kapitalın yığım hissəsinin vərəsəlik hüququ ilə öz ailə üzvünə də ötürə bilərsən”.
Belə addımlar olmadan təqaüd sahəsində olan indiki vəziyyəti düzəltmək mümkün deyi. Çünki çox ciddi narazılıqlar var – deyə Natiq Cəfərli əlavə edib.

7-11-2023, 16:12 201

Digər xəbərlər

Deputat: Azərbaycan–Özbəkistan əlaqələri rekord səviyyədədir

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

Sumqayıt yolunda sərxoş sürücünün törətdiyi qəzada ölümə səbəb olan həkimlə bağlı QƏRAR

Sumqayıt yolunda avtobus zolağı tətbiqi tənqid olunur – yol daha da yükləndi

Sumqayıtda 2 yeni məktəb binasının layihələndirilməsinə start verilir

Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Bakı–Sumqayıt yolunda sıxlıq: sürücülər ehtiyatlı olsun

Sumqayıtın sabiq hakiminin cəzası 9 ildən 6 ilə endirildi

Sumqayıtda kirayə mənzil seçimi üçün yeni imkanlar açılır

Sumqayıtda vaqonda yanğın baş verib

Sabiq təhsil rəisinə ağır cəza: Rüfət Hacıyev 8 il 6 ay həbs edildi

Travmatologiya şöbəsində ödəniş tələbi ilə bağlı vətəndaş şikayəti

Sumqayıtın və digər rayonların icra başçıları nə qədər maaş alır? - SİYAHI

“Sumqayıt” klubu sarı vərəqələrə görə cərimələnib

Sumqayıtda ləğv olunmuş “Dəmir Bank”a məxsus obyekt hərraca çıxarılır

Sumqayıtdan paytaxta və bölgələrə gedən yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

1 2 3 4 5 6 7 8 9 10 ... 985
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
13-11-2025, 10:00
12-11-2025, 21:33
12-11-2025, 21:28
12-11-2025, 18:54
12-11-2025, 17:37
12-11-2025, 17:14
12-11-2025, 16:19
12-11-2025, 15:24
12-11-2025, 12:45
12-11-2025, 12:42
12-11-2025, 12:38
12-11-2025, 12:33
12-11-2025, 12:21
12-11-2025, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 985