Yaxın günlərdə, artıq bu həftə Azərbaycandan ölkəmizə toyuq yumurtası tədarük olunacaq.Sumqayit.tv xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.
Nazir bildirib ki, təxminən 2-3 həftədən sonra da müvafiq rüsum olmadan Türkiyədən Rusiyaya yumurta idxal olunacaq.
Patruşev əlavə edib ki, yumurtanın qiymətinin qalxması mövsümi xarakter daşıyır.
Qeyd edək ki, Rusiyada hazırda yumurta qıtlığı fonunda kəskin bahalaşma özünü göstərir.//Axar.az