Vergi cinayətlərinə görə 12 nəfər həbs edilib


2021-ci ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmə, əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi, aksiz markasız məhsulların satışı, satış məqsədi ilə saxlama, idxal etmə, belə məhsulların nağd qaydada alqı-satqısı, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, vergi borcu və rusumların dövlət büdcəsinə ödənilmədiyi üçün çıxarılmış məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə faktları üzrə cəmi 521 cinayət işi başlanıb.

Sumqayit.tv aidiyyatı quruma istinadən xəbər verir ki, Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 229 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 151 cinayət işinin icraatına xitam verilib, 87 nəfər barəsində ittiham elan edilməklə 78 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatı tamamlanmış cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə 27,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib. 2021-ci ilin 9 ayı ərzində ümumilikdə 30,7 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.
Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs  yanvar-sentyabr ayları ərzində tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 614 nəfər dindirilməsi üçün məcburi gətirilib, 497 nəfərin tapılaraq istintaqa gəlməsinin təmin olunması və yerinin müəyyən edilməsi barədə məlumat verilib.
Hesabat dövründə müxtəlif fəaliyyət sahələri üzrə ayrı-ayrı vergi ödəyicilərində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, əmək müqaviləsi olmadan  işçilərin cəlb edilməsi və s. ilə bağlı ümumilikdə 464 nəzarət tədbiri həyata keçirilib.
Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 22,3 milyon manat vəsait ödətdirilib.

8-10-2021, 16:42 203

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041