KOBİA: Azərbaycanda sahibkarların 23 %-ini qadınlardır təşkil edir



 
Azərbaycanda sahibkarların 23 %-ə yaxınını qadınlar təşkil edir.
Sumqayit.tv bu barədə məlumatı, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bildirilib ki, əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Bu yaxınlarda Gəncə şəhərində qadın sahibkar tərəfindən məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil müəssisəsi Gəncə şəhəri ilə yanaşı, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində də fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib.

Belə ki, sahibkara biznesin qurulması üçün sənədləşdirmə, dövlət qurumları ilə əlaqələndirmə və biznesin inkişafı üzrə digər istiqamətlərdə Agentlik tərəfindən dəstək göstərilib. Hazırda məktəbəqədər təhsil müəssisəsinin bütün filialları üzrə ümumilikdə 40-dan çox işçi çalışır. Bununla da qadın sahibkar digər qadınların da məşğulluğa cəlb olunmasına öz dəstəyini göstərir. Gələcəkdə işçi sayının artırılması, eləcə də fəaliyyətin digər bölgələrdə də təşkili istiqamətində qadın sahibkar tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, KOBİA öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üzrə qadınlara dəstək göstərir. Təkcə 2024-cü ildə 4 mindən çox qadın sahibkar Agentliyin biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib. Almaniyada beynəlxalq ixtisasartırma proqramından 10-dan çox qadın sahibkar və menecer yararlanıb.

Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. 2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir.

7-03-2025, 15:55 181

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041