Yeni sosial sığorta modeli Sumqayıt sahibkarlarına necə təsir edəcək?

 
Fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bundan irəli gələrək “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. 
Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 faizi, yəni 60 manat, maksimum məbləğ həddi isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək.

 

Sumqayit.tv xəbər verir ki, İqtisadçı Eyyub Kərimli Pravda.az-a açıqlamasında dəyişiklikləri müsbət hal kimi qiymətləndirib:Eyyub Kərimli: "Şəxsən Könül Nurullayevanı tanımıram" Pravda.az

“Əvvəllər fərdi sahibkarlar yalnız vahid tarif üzrə minimum əmək haqqına bağlı  müəyyən ödənişlər ödəyirdilər. Bu da hesab edirəm ki, müəyyən ədalətsizliyə səbəb olurdu. Çünki bəzən daha çox dövriyyəsi olan sahibkarlar daha az Sosial Müdafiə Fonduna köçürmələr edirdilər. Dövriyyəsi az olan sahibkarlar isə eyni qaydada digər sahibkarlarla bərabər Sosial Müdafiə Fonduna eyni məbləğdə vəsait ödəyirdilər. Bu da sözsüz müəyyən uyğunsuzluqlar yaradırdı. Bu baxımdan bu istiqamətdə təklif olunan dəyişikliklər daha ədalətli yanaşmadır. Dövriyyəyə uyğun olaraq, həm regionlarda, həm Bakıda Sosial Müdafiə Fonduna köçürmələr həyata  keçiriləcək. Hesab edirəm bu kiçik və mikro sahibkarın fəaliyyətinə daha müsbət təsir göstərəcək. Hər bir sahibkar öz dövriyyəsinə, öz gəlirlərinə uyğun Sosial Müdafiə Fonduna ödənişlər həyata keçirəcək. Bu da digər tərəfdən kiçik sahibkarların vergi yükünün azalmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı regionlarda da fəaliyyət göstərən sahibkarların vergi yükünün dəqiq tənzimlənməsinə təsir göstərəcək”.

 

Qeyd: Mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 faizi miqdarında sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 faiz, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faiz, kənd yerlərində 50 faiz miqdarında).


1-12-2025, 22:30 73

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095