ADB Abşeron dairəvi xəttinin yenidən qurulmasına dəstək verəcək - Sumqayıt üçün mühüm addım

 

Asiya İnkişaf Bankı (ADB) Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması ilə bağlı texniki yardıma başlayıb.

Sumqayit.tv xəbər verir ki, layihə çərçivəsində Xüsusi Texniki Yardım Fondu vasitəsilə 225 min ABŞ dolları məbləğində maliyyələşdirmənin ayrılması nəzərdə tutulur. ADB-nin məlumatına görə, bank Azərbaycan tərəfinin müraciəti əsasında infrastrukturun planlaşdırılması ilə bağlı mövcud sənədlərin təhlilinə ekspert dəstəyi göstərəcək, eləcə də metro və avtobus sistemləri ilə inteqrasiyanın təmin olunması, şəhər və sənaye zonalarında nəqliyyatın əlaqələndirilməsi istiqamətində məsləhətlər verəcək. Bununla yanaşı, sərnişin qatarlarının alınması üçün tender sənədlərinin nəzərdən keçirilməsi də texniki yardım paketinə daxildir.

Bankın dəstəyi Abşeron dairəvi xəttinin müasir tələblərə uyğunlaşdırılması, daha səmərəli və təhlükəsiz sərnişindaşımanın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Texniki yardım çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin baş plan layihəsinin təhlili tamamlanacaq, tikinti və yenidənqurma üzrə planlaşdırma işləri aparılacaq. Yardımın ilkin başa çatma tarixi 2026-cı il noyabrın 30-u olaraq müəyyən edilib.

Abşeron dairəvi dəmir yolu xətti Bakıdan Sumqayıta iki marşrut üzrə fəaliyyət göstərir və yarımadanın bir çox sərnişin stansiyalarını birləşdirir. Son illərdə xətt üzrə mərhələli şəkildə geniş yenidənqurma işləri aparılıb: 2015-ci ildə Bakı–Biləcəri–Sumqayıt xəttinin yenilənməsi, 2019-cu ildə Bakı–Sabunçu və Sabunçu–Pirşağı xətlərinin modernləşdirilməsi, 2020-ci ildə isə Pirşağı–Goradil–Novxanı–Sumqayıt sahəsinin yenidən qurulması başa çatıb. Hazırda “Dərnəgül” stansiyasının tikintisi davam edir və bu stansiyanın dörd platforma və iki turniket pavilyonu ilə istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə ümumilikdə 5,6 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət, 1,2 milyard dolları isə özəl sektora yönəldilib. Nəqliyyat və enerji sahələri ADB tərəfindən ən çox maliyyələşdirilən istiqamətlər olaraq qalır. Yeni tərəfdaşlıq strategiyasına əsasən, bank Azərbaycana 2,5 milyard dollara qədər əlavə sərmayə ayırmağa hazırdır.

Abşeron dairəvi xəttinin yenidən qurulması üzrə texniki yardım ölkənin dəmir yolu infrastrukturunun daha da təkmilləşdirilməsi, sərnişin daşımalarında rahatlığın və xidmət keyfiyyətinin artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.


12-12-2025, 14:29 40

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058