On iki təhsil müəssisəsinin mühafizəsinə 9,2 milyon manat ayrıldı

 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məqsədilə iki ayrı tender elan edib.

Sumqayit.tv xəbər verir ki, tenderlərdən birinin ehtimal olunan qiyməti 1 milyon 752 min 200 manat, digərinin isə 7 milyon 522 min 918 manat 57 qəpik təşkil edir.

Birinci tender çərçivəsində Bakı şəhərində yerləşən bir sıra təhsil və sosial təyinatlı müəssisələrdə stasionar mühafizə xidmətinin göstərilməsi nəzərdə tutulur. Bu siyahıya Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksi, Bakı şəhərində yerləşən 2, 4, 6 və 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbləri, eləcə də 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi daxildir. Obyektlər üzrə mühafizə postlarının sayı fərqlənir, xidmətlər əsasən istirahətsiz rejimdə, bəzi hallarda isə 24 saatlıq əsasda təşkil olunacaq. Xidmət müddəti 10.5 ay olaraq müəyyən edilib.

İkinci tender isə regionlarda və iri təhsil mərkəzlərində mühafizə xidmətlərini əhatə edir. Bu çərçivədə 3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi, Tərtər Peşə Məktəbi, Qax Peşə Liseyi, həmçinin Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi mühafizə xidmətləri ilə təmin olunacaq. Bu obyektlərdə də stasionar postlar qurulacaq, mühafizə 9:00-21:00, 21:00-9:00 və ya tam sutkalıq rejimdə həyata keçiriləcək.

Hər iki tender üzrə xidmətlərin icrası 2026-cı il ərzində 10.5 ay müddətini əhatə edəcək və müsabiqələrə 26 yanvar 2026-cı il tarixində yekun vurulacaq. /Oxu.az


23-12-2025, 17:18 57

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041