
Azərbaycanda kredit öhdəliklərinin icrası ilə bağlı rayon və şəhərlər üzrə göstəricilər açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2026-cı il yanvarın 1-nə olan statistikaya əsasən, Sumqayıt şəhərində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelinə nisbəti 1,8 faiz təşkil edir.
Məlumata görə, Sumqayıtda ümumi kredit həcmi 833,1 milyon manat, vaxtı keçmiş kreditlərin həcmi isə 15 milyon manat olub. Bu göstərici Sumqayıtı kredit intizamı baxımından ölkə üzrə orta səviyyədə olan şəhərlər sırasına daxil edir.
İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, iri şəhərlərə və paytaxta yaxın ərazilərdə kreditlərin vaxtında ödənilməsi daha yüksək olur. Bu isə maliyyə institutlarının əlçatanlığı, gəlir imkanlarının nisbətən geniş olması və bank infrastrukturunun inkişafı ilə bağlıdır.
Qeyd edək ki, ən yüksək kredit gecikməsi Neftçala rayonunda (17,1%), ən aşağı göstəricilər isə bir sıra işğaldan azad edilmiş rayonlarda və Naxçıvan bölgəsinin bəzi ərazilərində qeydə alınıb.
Sumqayit.tv bildirir ki, açıqlanan statistika şəhər əhalisinin kredit yükünün idarəolunan səviyyədə olduğunu göstərsə də, maliyyə savadlılığının artırılmasının vacibliyini də gündəmə gətirir.
Bu gün, 19:58
7