Sumqayıtda iri layihə həyata keçiriləcək – 90 milyon dollardan çox vəsait ayrıldı

 

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı çərçivəsində Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb. Ayrılan vəsaitin böyük hissəsi Sumqayıtda həyata keçiriləcək layihəyə yönəldiləcək.

Sumqayit.tv-in Trend-ə istinadən verdiyi məlumata görə, qərar fondun İdarə Heyətinin 195-ci iclasında qəbul olunub. Ümumilikdə Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropa ölkələrində layihələrin maliyyələşdirilməsi üçün 890 milyon ABŞ dolları həcmində paket təsdiqlənib.

Bu paket çərçivəsində Azərbaycanda dövlət sektoru üzrə əsas layihə Sumqayıt şəhərində gündəlik 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisidir. Layihənin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulur.

Gözlənilir ki, yeni qurğu ən azı 427 min nəfərin sanitariya şəraitinin yaxşılaşdırılmasına, Xəzər dənizinin çirklənməsinin azalmasına və təmizlənmiş suyun kənd təsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.

Bundan əlavə, özəl sektor üzrə Azərbaycana 20 milyon ABŞ dolları ayrılacaq. Bu vəsait mikro, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın və sosial layihələrin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Fond indiyədək 125-dən çox ölkədə layihələrə 32 milyard ABŞ dollarından artıq vəsait ayırıb.


26-03-2026, 18:26 142

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058