Sumqayıtda kirayə yolu ilə mənzil sahibi olanların sayı artır

 

Bu ilin I rübündə satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində yerləşən 1 ünvanda 235 müqavilə rəsmiləşdirilib.

Sumqayit.tv-in məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunan dövlətə məxsus mənzillər şəhərdə yerləşən yaşayış komplekslərində vətəndaşlara kirayəyə verilib.

Qeyd edək ki, bu mexanizm vasitəsilə indiyədək ümumilikdə 9305 ailənin mənzil şəraiti yaxşılaşdırılıb. Mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir ki, bu da proqramın sosial yönümlü xarakterini göstərir.

Ümumilikdə, Fond tərəfindən bu günə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 17 ünvanda mənzillər təqdim olunub. Bu ünvanlardan 3-ü məhz Sumqayıt şəhərinin payına düşür ki, bu da şəhərdə mənzil təminatının gücləndirilməsi istiqamətində atılan addımların davam etdiyini göstərir.

Təklif olunan mənzillər geniş həyətyanı sahəyə malik olmaqla yanaşı, məktəb, uşaq bağçası və səhiyyə müəssisələri kimi əsas infrastruktur obyektlərinə yaxın ərazilərdə yerləşir. Mənzillər müasir tikinti materialları ilə yüksək səviyyədə təmir olunub, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə tam təchiz edilib. Eyni zamanda, bu mənzillərin mülkiyyət hüquqları da dövlət qeydiyyatına alınıb.


8-04-2026, 16:46 193

Digər xəbərlər

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

Sumqayıtda elektriklə bağlı növbəti şikayət – Sakinlər 7 saatdır işıqsız qaldı

Azərbaycanda ölüm hallarında artım qeydə alınıb

Sumqayıtın bu ərazilərində sabah qaz olmayacaq

Sumqayıtda qalmaqallı qızıl işi: Bəraət hökmündən şikayət verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1085
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
20-07-2026, 15:53
20-07-2026, 15:21
20-07-2026, 14:43
20-07-2026, 14:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1085