Heyvan xəstəliklərindən azad zona yaradılacaq


Hazırda dünyanın 70 ölkəsində xırdabuynuzlu heyvanlar arasında yayılan taun xəstəliyi ilə bağlı mübarizə tədbirləri həyata keçirilir.

Sumqayit.tv xəbər verir ki, bu xəstəlik qoyun və keçilərin 80%-dən çoxunun cəmləşdiyi və əsas gəlirləri xırdabuynuzlu heyvanların saxlanılmasından əldə edən regionlarda hər il 1,5-2 milyard dollar dəyərində itkiyə səbəb olan yoluxucu xəstəlikdir. Xəstəlik insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb olur və vəhşi təbiətdə yaşayan heyvanların da məhv olunması ilə nəticələnir. Eyni zamanda xırdabuynuzlu heyvanların taunu xəstəliyi heyvan mənşəli məhsulların ölkələrarası dövriyyəsinə də maneəçilik yaradır.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd heyvan xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərindən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur. 
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) üzv ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdirlər.
Ölkəmizdə də heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə başlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 10-12 noyabr 2021-ci il tarixlərində FAO Baş qərargahının iki ekspertinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində ökəmizin  xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı sənədləşdirilmə işləri, Azərbaycan höküməti tərəfindən hazırlanan müvafiq  sənədlərin  tamamlanmasına texniki dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin Agentlik tərəfindən heyvan sağlamlığı və qida təhlükəsizliyi üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyi təhlükəsi mövzusunda maarifləndirmə işləri aparılacaq və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı  zəruri tədbirlər həyata keçiriləcək.

4-11-2021, 15:52 309

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041