Goranboyda aqrar sığorta ilə bağlı fermerlərlə görüş keçirilib



Azərbaycanda dövlət dəstəkli aqrar sığorta barədə yerli fermerləri məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondu və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nümayəndələri Goranboyda fermerlərlə görüş keçirib.

Goranboy rayon icra hakimiyyətinin və yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşdə rayonun iri, orta və kiçik fermerlik təsərrüfatlarının nümayəndələri, heyvandarlıq və əkinçiliklə məşğul olan şəxslər iştirak edib.

Görüşdə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Elvin Əliyev fermerlərə aqrar sığortanın fermerlər üçün əhəmiyyəti və şərtləri barədə məlumat verib. Eləcə də, sığortalanan məhsullar, əhatə olunan risklər, sığorta haqları, sığortalanma üsulları və hadisə baş verərkən ödəniş prosesi açıqlanıb.
Fermerlərə bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik, kartof, üzüm, pambıq və sair, eləcə də südlük inəkləri və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığortanın əsas üstünlüyü sığorta haqqının 50%-ni dövlətin ödəməsidir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatı bütün əsas risklərdən sığorta edə bilərlər. Belə ki, fermer üçün südlük inəyin sığorta haqqı 30-40 manatdan başlayır, taxıl əkini sahəsinin sığorta haqları isə Gəncə-Daşkəsən regionu üzrə 1 hektar üçün 15-20 manat ətrafındadır. Hadisə baş verdikdə dəyən zərər fermerə ödənilir.
Aqrar sığorta ilə bağlı məlumatlar fermerlərin böyük marağına səbəb olub. Fermer və sahibkarların heyvan və bitkilərin sığortası, hadisə baş verəndə ödəniş prosesi, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı sualları ətraflı cavablandırılıb. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Görüşdə qeyd olunub ki, yeni qaydalara əsasən 10 hektar və daha artıq əkin sahəsi olan təsərrüfatlar subsidiya almaq üçün sığorta edilməlidir. Sığorta haqqının yarısını dövlət ödədiyinə görə, bu yenilik fermerlərə ciddi maliyyə yükü yaratmır, əvəzində onların biznesini qoruyur. Fermerlərə tövsiyə olunub ki, payızlıq əkinlərin bəyanı dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.
Fermerlər sığortalanmaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaqdır.
Goranboyda aqrar sığorta ilə bağlı fermerlərlə görüş keçirilib Goranboyda aqrar sığorta ilə bağlı fermerlərlə görüş keçirilib Goranboyda aqrar sığorta ilə bağlı fermerlərlə görüş keçirilib



5-11-2021, 10:57 240

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903