Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı növbəti hərrac rəqabətli olub

 
Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. 


Sumqayit.tv xəbər verir ki, Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 6 dekabr tarixində baş tutub. Hərracda Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının, “Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar sahəsi, Ağsu rayonunun “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunun “Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.
“Sitalçay” qum-çınqıl yatağının LOT-2 və LOT-3 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 42 000 manat olan LOT-2 üzrə edilən son təklif 65 700 manat olub. Bununla yanaşı, başlanğıc qiyməti 42 000 manat olan LOT-3 üzrə edilən ən son təklif 65 800 manatadək yüksəlib.
Qeyd edək ki, “Sitalçay” qum-çınqıl yatağının LOT-2, LOT-3, LOT-4, LOT-5 üzrə qalibi “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, LOT-6 üzrə isə "MSDİS HOLDİNG" MMC olub.
“Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC, “Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib "NB SERAMİC" MMC,” Yeni Yaşma I” qum yatağı üzrə qalib "KLV" MMC, “Salyan” gil yatağı üzrə keçirilən hərracın qalibi isə "AZƏRİÇİN TMİ" MMC olub.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 9, 14 və 24 dekabr tarixlərində keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib.

8-12-2021, 15:15 294

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041