Azərbaycan Dubayda keçirilən “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı”nda təmsil olunur


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov cari ilin 7-9 dekabr tarixlərində Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021”də iştirak edirlər.

Sumqayit.tv xəbər verir ki, konfrans çərçivəsində “İndi və sonra: yaradıcı iqtisadiyyatın təkamülü”, “Qlobal yararadıcı şəhərlərin qurulması”, “Mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) qlobal gündəliyi: 11 başlıca addım”, “Şəhər planlaşdırması və MYS sektorlarının yerləşdirilməsi”, “Yaradıcı dözümlülük”, “Yeni inklüziv yaradıcı dünya üçün dərslər”, yaradıcı təhsil, texnologiya transformasıyası, süni intellekt və digər mövzularda sessiyalar keçirilir. 
2021-ci ilin BMT tərəfindən “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” elan olunduğunu nəzərə alaraq, “Kreativ Azərbaycan” platforması və yaradıcı iqtisadiyyatın inkişafı ilə əlaqədar fikir mübadiləsinin aparılması gözlənilir.
Qeyd edək ki, forum çərçivəsində dekabrın 9-da yüksək səviyyəli Nazirlər Paneli keçiriləcəkdir. Sözügedən paneldə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun iştirakı nəzərdə tutulub.

9-12-2021, 10:43 159

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041